YORĞAN-DÖŞƏKLƏRİN YUYULMASI

yun yorgan doseklerin yuyulmasi matrasların yuyulması yorğan döşəklərin yuyulması yunun yuyulması

Yun Yorğan-Döşəklərin Yuyulması

Yun yorğan döşəklərin yuyulması çox çətin bir prosesdir. Xüsusilə bina evlərində bu təmizlik işini görmək mümkünsüzdür. Çünki yunun yuyulması, qurudulması, çırpılması prosesləri üçün bir məkan tələb olunur. Bütün bu işləri bizim peşəkar işçilərmiz ən qısa zamanda və keyfiyyətli olaraq yerinə yetirirlər.

Yorğan və döşəklərin ləkə və kirlərinin təmizlənməsi nə qədər vacibdirsə, bakterial təmizləmə də bir o qədər vacibdir. Bu səbəbdən də biz yunu xüsusi yuyucu vasitələrlə yuyuruq. Daha sonra isə bol su ilə durulanır və suyu çəkilmək üçün müəyyən müddət saxlanılır. Yun quruduqdan sonra çırpılaraq istəyinizdən asılı olaraq yeni üzlüklərə yerləşdirilir və adresinizə təsilim edilir.

Matrasların Yuyulması

Tək və cüt nəfərlik matrasların yuyulması bizim peşəkar komanda tərəfindən ən müasir avadanlıqlar ilə həyata keçirilir. Yuma zamanı yataq otağı üçün uyğun yuyucu vasitələrdən istifadə olunur. Sənaye tipli tam avtomatik yuyucu makina kir və ləkələri dərinləməsinə təmizləyir. Matrasda qalan su vaakum suçəkici makina ilə sorulur və yuma prosesi tamamlanır.

Xidmətlərimizin qiymətləri haqqında daha ətraflı»